Powered By Blogger

O yaşayır...

“Yumor-zarafat arxasında gizlənən ciddilikdir”.
P.E.VEYS
ZAUR
E-mail: zaurm@bk.ru
Nəsibə Zeynalova... Bu ad ətrafında geniş danışmaq, yüksək fikirlər söyləmək olar. Onun teatrda və kinoda yaratdığı neçə - neçə misilsiz obrazları və, s. Bu gün Nəsibə xanımın yaratdığı obrazlar onu bizim üçün yaşadır. Məhz bu üzdən də mən Nəsibə xanım haqqında dünyadan köçən brirsi kimi danışmaq istəmirəm. Nəsibə Zeynalova dünən də vardı, bu gün də var, sabah da olacaqdı... Düşünürəm ki, o əvəzolunmaz aktirisalıq qabilliyyətiylə özünün ölümsüzlüyünü yaratdı. Hansı ki, bu gün biz onun məzarı önündə dayanıb, rəssam əli yaradan daş heykəli də canlı hesab edir, sanki o, bizi eşidir, cavab verir kimi anlayıb, onunla söhbət də edirik. Nəsibə Zeynalova bizim üçün nümunəvi aktrisa olmaqla yanaşı, həm də dünyaya göstərə biləcəyimiz bir Azərbaycan qadını idi. Onun Azərbaycan teatr sənəti və milli kinomuz üçün  ərməğan qoyub, getdikləri ölçüyə gəlməzdir. “Qaynana” filmində yaratdığı Cənnət obrazında söylədiyi sözlər (Gəlin mənim süpürgəmdi, harda qoydum, orda da durmalıdı) bu gündə Azərbaycan xalqının dilinin əzbəridi. O, Cənnət xala obrazıyla bəzi qaynanaları tənqid edərək, onlara göstərdi ki, gəlin də evin, ocağın bir közüdür. Nəsibə xanımın yaratdığı Cənnət obrazı  bu gün də aktualdır və elə məqamlar olur ki, həmin obraz bəzi ailələrin  dadına yetişir və sevilir. Ümumilikdə Nəsibə xanımın yaratdığı obrazları sadalayası olsam, onun bütün yaratdığı obrazlar özü kimi səmimi və təbii idi. Məhz həmin bu təbii, səmimiliyilə də Nəsibə Zeynalova Azərbaycan mədəniyyəti və incəsənətində özünün məktəbini qurdu. Hansı ki, sağıllığında olduğu kimi  bu gün də həmin məktəb gənc, aktiraslıq sənətinə hələ yeni addımlarını atmaq istəyənlər üçün öz töhvfələrini verir. Bu məktəb nəyinki aktyor peşəsinin sahiblərinə yardımçı olur, hətta adi insanlara da yaşamlarında bəldçi rolunu oynayır. Bu da onu göstərir ki, o, doğuldu, yaşadı, yaratdı və öldü ki, yaşasın... Nəsibə Zeynalova bu gün bu dünyada olmasa belə, qoyub getdikləriylə yenə də öz rolunu oynayır... Belə ki, onun yaratdığı bütün obrazlar bədiliyilə  yanaşı həm də həyatı bir yük daşıyırdı. O, tamaşaçını güldürməklə, düşündürməyi bacaran bir aktrisaydı. Bu metodu bu gün bir çox sənətkarlarımız özləri də etiraf edirlər ki,  Nəsibə xanımdan öyrənmişdirlər. Çünki insanı güldürmək, tamaşaçıya yumor bəxş etmək, nə qədər çətindirsə, tamaşaçıda düşüncəli gülüş yaratmaq daha da  çətindir. Nəsibə xanım Azərbaycan tamaşaçısına düşüncəli gülüşü bəxş etmiş sənətkarlarmızdandı. Hansı ki, bu gün biz onun yaratdığı obrazlar qaleriyasını izlədikcə, çöhrəmizdə təbbəssüm, düşüncəmizdəsə, böyük, milli fikirlər yaranır. Məhz bu fikirləri bizə verdiyi üçün Nəsibə xanıma borclu olmalıyıq.
Bu gün Azərbaycan gün – gündən inkişaf etməklə yanaşı həm də avropaya inteqrasiya edir. Amma bəzi gənclərimiz bu müasirləşməni düzgün anlamayaraq, ondan normal faydalanmırlar. Mən həmin gənclərimizə məsləhət bilərdim ki, Nəsibə xanımın yaratdığı hər hansı bir obrazı diqqətlə izləsinlər. Əgər biz onun yaradıcılığını diqqətlə izləyəriksə, orada satira, yumorla yanaşı, həm də öz mənliyimizi, kimliyimizi, tapmış olarıq. Çünki onun yaratdığı hər bir obrazda sanki bir milli kalarit, azərbaycançılıq vardı.  Sözün əsl mənasında Nəsibə Zeynalova Azərbaycan üçün çalışan, vətənini sevən, biriydi. O, vətəni üçün yaratmaqla, yaradanlardan oldu. Yaradanlarsa, ölməz! Cismi aramızdan ayrılsalar da, onların yaratdıqları yaşam durquqca yaşayıb, onları yaradanı bizim üçün yaşadacaqdı. Nəsibə Zeynalova da həmin yaradanlardandır ki, əsrlər boyu Azərbaycan xalqının yaddaşından silinməyəcək və bizim üçün əbədi olaraq yaşayacaqdı. Çünki o, böyük Yardan tərəfindən xalqımıza verilən ərməğan idi. Bəzən, düşünürəm: - Görən, Tanrı Nəsibə xanım kimi şəxsiyyətləri bir də Azərbaycan xalqına ərməğan edəcəkmi?.. Bu suala özüm, özlüyümdə də cavab verirəm: - Çətin, bəlkə də yox! Çünki Nəsibə Zeynalova kimi  sənətkarlar tarixdə çox az olurlar... Amma son olaraq, onu da bilirəm ki, belə bir sənətkar bundan sonra yetişməsə belə, narahatçılığa əsas yoxdur. Artıq bizim Nəsibəmiz var və o, əbədi olaraq Azərbaycan xalqı üçün var olaraq da yaşayacaqdı...

12 Sentyabr 2010,
Bakı şəhəri